İftekhar

İftekhar

Aktyor

BİOQRAFİYA

İftekhar 22 fevral 1920–ci ildə Hindistanda anadan olub. Ekranda ilk dəfə 34 yaşında görünüb. Aktyor ampluasında əsasən əmi, ata, qardaş, daha sonra isə polis inspektorları və hərbi zabit rollarında çəkilib. Filmoqrafiyasında 250-dən artıq film var. Onun karyerasının piki keçmiş əsrin 50-70 illərinə, hind filminin “qızıl əsrinə” təsadüf edib. Həmin illərdə Bollivudda ildə 200-dən artıq film çəkilirdi. 1975-ci ildə ekranlara “Qisas və qanun” filmi çıxır. Tənqidçilər tərəfindən həmin film hind sənayesi tarixinin ən yaxşı filmi hesab edilir. Aktyor “Həzz şəhəri” (1992), “Hind noktyurnu” (1989), “Qəlbim” (1985), “Üç muşketyor kimi” (1984), “Boksçu” (1984), “Xəyali səadət” (1981), “Don” (1978), “Qisas və qanun” (1975), “Gül və daş” (1966), “Sanqam” (1964), “cənab 420” (1955) və sair məşhur filmlərdə çəkilib. İftekhar 4 mart 1995-ci ildə 75 yaşında dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/iftekhar_/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç