Kollin Kemp

Kollin Kemp

Prodüser, aktrisa

BİOQRAFİYA
Kollin Kemp 7 iyul 1953-cü ildə San-Fransiskoda (Kaliforniya ştatı, ABŞ) anadan olub. Karyerasına uşaq teatrında başlayıb. 1973-cü ildə “Battle for the Planet of the Apes” filmi ilə debüt edib. 1975-ci ildə “Funny Lady” komediyasında kiçik rol alıb. 1978-ci ildə “Ölüm oyunu” filmində Brüs Linin sevgilisini oynayıb. Sonra o, populyar “Dallas” serialında oynamaq üçün təklif alıb. Onun ən uğurlu rollarından biri “Onlar hamısı gülürdülər” filmindəki rolu olub. O, “Student Seduction” filmindəki roluna görə "Ən pis aktrisa" nominasiyasında iki dəfə “Qızıl Moruq” mükafatına namizəd olub. Bütün bunlara baxmayaraq, o, umumilikdə 80 filmdə çəkilib. 1986-2001-ci illərdə "Paramount" studiyasının direktoru Con Qoldvinlə evli olub. 1989-cu ildə onların qızları dünyaya gəlib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Colleen_Camp

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç