Elizabet Rodriges

Elizabet Rodriges

Aktrisa

BİOQRAFİYA

Elizabet Rodriges 27 dekabr 1980-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Amerikalı aktrisa daha çox ABC telekanalında yayımlanan “Bütün uşaqlarım” sabun operasında Karmen Morales rolu ilə tanınır. Aktrisa karyerası ərzində çoxsaylı bədii və televiziya filmlərinə və seriallarına, o cümlədən, “Nyu-York polisi”, “Təcili Tibbi Yardım” və “Qanun və qayda” kimi populyar seriallara çəkilib. 2011-ci ildə “Şlyapalı yaramaz” adlı tamaşadakı möhtəşəm çıxışına görə “ən yaxşı ikinci plan qadın rolu” nominasiyası üzrə “Toni” mükafatı ilə təltif olunub. Son illər “Əsas şübhəli” və “Narıncı – mövsümün ən yaxşısı” seriallarında görüntülənib. 2015-ci ildə AMC telekanalında yayılan ən reytinqli seriala – “Gəzən ölülər”ə dəvət olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Elizabeth_Rodriguez

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç