Ben Kinqsli

Ben Kinqsli

Aktyor

BİOQRAFİYA

Ben Kinqsli 31 dekabr 1943-cü ildə Skarboro şəhərində (Böyük Britaniya) Hindistan əsilli həkim Rəhimtulla Harci Bhandci və yəhudi əsilli ingiltərəli aktrisa-model Anna Lina Mariyanın ailəsində anadan olub. Ben əvvəlcə Mançester humanitar məktəbində, sonra Salfold universitetində, daha sonra isə Pendlton kollecində təhsil alıb. ”Ben Kinqsli” ləqəbini isə atasının məsləhəti ilə götürüb. İlk peşəkar addımlarını 1967-ci ildə qəbul olunduğu Kral Şekspir teatrında alır. Səhnədə ilk dəfə “Yay gecəsinin yuxusu” və “Hiyləgər tülkü” tamaşalarında oynayıb. Ben Kinqsliyə ilk dəfə 1972-ci ildə “Qorxu qapıları açır” filmində çəkilmək təklif olunur. Daha sonra aktyor “Tacqoymalar küçəsi” və “Məhəbbət məktəbi” telelayihələrində iştirak edir. 1982 ci ildə Riçard Attenboronun “Qandi” filmində eyniadlı obrazı yaratmaqla dünya şöhrəti qazanır. Bu rola görə Kinqsli "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülür. Bundan sonra Kinqsli müxtəlif rejissorların filmlərinə dəvət alır. “Tısbağanın gündəliyi”, “Moris”, “Paskal adası”, “Heç bir dəlil olmadan”, “Şindlerin siyahısı”, “Bladreyn”, “Lənətlənmişlər adası”, “Fars şahzadəsi”, “Qum və dumandan ev” filmlərində unudulmaz rollar oynayıb. 2000-ci ildə "Britaniya İmperiyasının Ordeni" ilə təltif olunur və ona “ser” titulu verilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ben_Kinqsli

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç