Aliyə Bhatt

Aliyə Bhatt

Aktrisa

BİOQRAFİYA

Aliyə Bhatt 15 mart 1993-cü ildə ildə Mumbayda (Hindistan) hind rejissoru Maheş Bhatt və aktrisa Sonya Razdanın ailəsində anadan olub. Bhattın Şahin adlı böyük bacısı var. Aliyə özünün ilk kiçik rolunu 1999-cu ildə “Kriminal roman” filmində oynayıb. Aliyənin ilk baş rolu 2012-ci ildə “İlin tələbəsi” filmində olub. Filmdə onun tərəf-müqabilləri Sidharth Malhotra və Varun Dhavan olub. Film Hindistanda hitə çevrilib. 2014-cü ildə Bhattın iştirakı ilə üç film prokata daxil olub. Aliyənin növbəti filmi Karan Coharın istehsalçısı olduğu “İki ştat” filmi olub. Həmin filmdə o, Arcun Kapurla birlikdə çəkilib. Aliyə həm də bir çox brendlərin reklamlarında rol alıb. Bunlara "Coca-Cola", "Garnier" və "Maybelline" kimi brendlər aiddir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alia_Bhatt

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç