Sidharth Malhotra

Sidharth Malhotra

Aktyor, model

BİOQRAFİYA

Sidharth Malhotra16 yanvar 1985-ci ildə Dehlidə (Hindistan) keçmiş kapitan Sunil və evdar xanım Rimmanın ailəsində anadan olub. O, Bharat Sinqh adına kolleci bitirib. 18 yaşında model kimi karyeraya başlayıb. Ancaq dörd ildən sonra baş verən narazılıqlara görə model biznesindən uzaqlaşır. Karyerasına aktyor kimi davam etməyə qərar verir, ilk sınaq çəkilişindən uğurla çıxır. 2012-ci ildə Karan Coharın “İlin tələbəsi” filmində debüt edib. İki ildən sonra Sidharth "Bir cani" filmində cinayətkar Quru obrazını canlandırır. Bu film kommersiya uğuru əldə edir. 2015-ci ildə aktyor "The Brothers" idman dramında rol alır, lakin film uğurlu nəticə əldə edə bilmir. Onun növbəti filmi - 2016-cı ildə "Kapoor & Sons" ailə dramı kommersiya uğuru əldə edir. Eyni ildə "Yenidən baxın" filmi buraxılır, bu filmdə riyaziyyatçı rolunda çəkilib. Filmdəki tərəf-müqabili Katrina Kaif idi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sidharth_Malhotra

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç