Natali Portman

Natali Portman

Aktrisa

BİOQRAFİYA

Natali Portman 9 iyun 1981-ci ildə Qüdsdə Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına menecerlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın üç yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, Natali fransız, alman, yapon və ərəb dillərini öyrənir. Aktrisa "Leon" (1994) və "Yaxınlıq" (2004) filmlərindən sonra məşhurlaşıb. Uşaqlıqdan vegetarian olan Portman, heyvanların və ətraf mühitin hüquqlarını qoruyur. O, ət məhsulları ilə qidalanmır, xəz, lələk və dəridən olan geyimlərdən istifadə etmir. 2007-ci ildə Natali süni materiallardan hazırlanan ayaqqabı istehsalına başlayaraq öz biznesini qurur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Natali_Portman

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç