Adelaida Klemens

Adelaida Klemens

Aktrisa

BİOQRAFİYA

Adelaida Klemens - avstraliyalı aktrisadır. Adelaida Klemens 30 noyabr 1989-cu ildə Avstraliyanın Brisben şəhərində anadan olub. Avstraliyalı tibb bacısı və ingilis menecerin ailəsində böyüyüb. Evin böyük qızıdır. Atası spirtlik içkilərin satışı sahəsində çalışıb, uşaqlıq illərində Yaponiyada yaşayıb, sonradan ailə Fransaya köçüb. Daha sonra bir müddət Honkonqda yaşayıb, “Hong Kong İnternetional School” məktəbində oxuyub. Adelaida Klemens 12 yaşında Avstraliyaya qayıdıb. Həmin vaxt gənc Adelaida artıq fransız dünya görüşünə malik idi, britaniya ləhcəsi ilə danışırdı və teatr və ədəbiyyata sonzuz məhəbbəti oyanmışdı. Adelaida yerli məktəbdə oxuyan zaman təkaktlı pyeslər, müxtəlif tamaşalar üçün ssenarilər yazmağa başlayıb. Həmçinin Şekspir yaradıcılığı vurğunlarının klubunu yaradıb. O ümumiyyətlə peşəkar aktrisa olmağı arzulamayıb və kinoya gəlişi demək olar teatr rəhbərinin onu dinləmələrdə iştirak etməsini təklif etməsi ilə əlaqədar olub. Verdiyi müsahibələrin birində, Avstraliyanı heç vaxt öz evi hesab etmədiyini, belə ki, uşaqlığından tez-tez yaşayış yerini dəyişdiyini dilə gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Adelaide_Clemens

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç