Karla Qucino

Karla Qucino

Aktrisa, prodüser, rejissor

BİOQRAFİYA

Karla Qucino 29 avqust 1971-ci ildə ABŞ-ın Florida ştatında dünyaya gəlib. İtalyan mənşəli amerikalıların ailəsində dünyaya göz açan aktrisa anası ilə birlikdə Kaliforniyanın şəhərlərində yaşamalı olub. 15 yaşında o, San-Diyeqoda yaşamağa başlayıb. Bu zaman model karyerasına başlamaq istəyən Karla Nyu-Yorka getməyi qərara alır. Ancaq boyu hündür olmadığı üçün bu iş perspektiv vəd etmir və o, Los-Ancelesə köçür. Xalasının məsləhəti ilə Karla aktyor sənəti kurslarına getməyə başlayır. Anası isə onu Los-Ancelesə altı aylığına oxumağa göndərir və sonra San-Diyeqoya qayıtmasında israr edir. San-Diyeqoya qayıdana kimi Karla özünün ilk filmi sayılan "Beverli-Hillsdən olan dəstə" komediyasına çəkilməyə vaxt tapır. Sonra isə bir neçə kiçik rollar alır və 1993-cü ildə o, "Bu oğlanın həyatı" dramında əməlli-başlı bir rola çəkilir. Karla Qucino Maykl Cey Foksla birlikdə "Spin City" sitkomunda da oynayır. Aktrisa "Dəniz quldurları" adlı Britaniya serialında və bir neçə telefilmdə də rol alır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Karla_Qucino

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç