Qarret Hedlund

Qarret Hedlund

Aktyor

BİOQRAFİYA

Qarret Hedlund 1984-cü ildə ABŞ-ın Minnesota ştatının Rozo şəhəri yaxınlığında dünyaya gəlib. O, isveçli mühacirlərin ailəsində doğulub. Ailədə üç uşaqdırlar. Onun 14 yaşı olanda ailəsi Arizona ştatının Skottsdeyl şəhərinə köçür və Qarret burada dram dərsləri almağa başlayır. Uşaq vaxtı futbol və güləşlə məşğul olub, lakin həyatını idmanla yox, aktyorluqla bağlamaq qərarı verir. Məktəbli Qarret yeniyetmələr üçün jurnallarda model kimi də çəkilib.
Məktəbi bitirdikdən sonra o, Hollivudu fəth etmək məqsədilə Los-Ancelesə gedir. Cəmi bir aydan sonra müsabiqədən keçərək “Troya” filminə çəkilmə haqqı əldə edir. Bu cür filimdə debüt etmək bir çox aktyorun arzusudur. Ən əsası isə odur ki, Qarret filmdə epizodik yox, əsas rollardan biri olan Patrokl rolunu canlandırır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Garrett_Hedlund

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç