Mark Raylens

Mark Raylens

Aktyor

BİOQRAFİYA

Ser Devid Mark Raylens Uoters 18 yanvar 1960-cı ildə Kent şəhərində (İngiltərə) müəllim ailəsində anadan olub. 1962-ci ildə ailəsi ABŞ-ın Konnektikut ştatına, 7 il sonra isə Viskonsinə köçüb. Həmin vaxt atası Devid Uoters Miluoki Universitet məktəbində dərs deyirdi. Raylens məhz atasının dərs dediyi məktəbə daxil olur. Məktəb həmin illərdə bölgənin ən nüfuzlu məktəblərindən sayılırdı (ayrıca teatr şöbəsi var idi). Məktəb  illərindən çoxsaylı teatr tamaşalarında iştirak edib. İlk əlamətdar rolunu 1976-cı ilin “Hamlet” tamaşasında oynayıb. “Romeo və Cülyetta” tamaşasında isə Romeo rolunu ifa edib. “Qlobus” Şekspir teatrının  (London)  bədii rəhbərlərindən biri olub (1995-2005). 2015 “Canavar zalı” serialında Tomas Kromveli oynayıb. Məşhur rejissor Stiven Spilberqin yaxın dostudur, onun “Casus körpüsü” filmində Sovet İttifaqı kəşfiyyatçısı Rudolf Abel rolunu canlandırıb. Mark Raylens çoxsaylı kino və teatr mükafatlarının laureatıdır. “Casus körpüsü” filmində oynadığı rola görə “Oskar” mükafatına layiq görülüb. Həmçinin, üçqat BAFTA mükafatçısıdır. Teatr karyerası ərzində Raylens üç “Toni” mükafatı və iki “Lourens Olivye” adına mükafatla təltif olunub. 2016-cı ildə “Time” nəşrinin versiyasına görə, "Dünyanın ən nüfuzlu şəxsləri"nin yüzlüyünə daxil edilib. Raylens musiqi rejissoru, bəstəkar və dramaturq Kler Van Kampenlə evlidir. 1987-ci ildə görüşməyə başlayıblar, 21 dekabr 1989-cu ildə münasibətlərini rəsmiləşdiriblər. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Mark_Rylance

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç