Şon Penn

Şon Penn

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Şon Penn 17 avqust 1960-cı ildə ABŞ-da doğulub. Hollivudun ən istedadlı aktyorlarından olan Şon Pennin yəqin, qazanmadığı mükafat yoxdur. Dünyanın ən prestijli "Oskar", "Kann", "Venesiya", "Berlin" kimi festivalların mükafatlarını qazanıb. Həm aktyor kimi, həm də rejissor kimi uğurları saysız hesabsızdır. Bu aktyor mədəniyyət dünyasının ən dəlisov, ən çılğın insanlarından biri kimi tanınır. O gah küçədə şəklini çəkmək istəyən paparazini tutub təpiyin altına salır, gah arvadını döyür, gah hökuməti söyür. Hətta "Oskar" təltifetmə mərasimində qazandığı mükafatdan dolayı ona söz verilərkən, Akademiya üzvlərinə ağzına gələni demişdi. Amerika qəzetlərində Şon Pennlə bağlı tez-tez belə məlumatlara rast gəlmək olar: "Şon Penn yenə məhkəməlik oldu", "Şon Penn yenə müttəhimlər kürsüsündə", "Penn arvadını yumruqlayıb" və sair. Hətta elə vaxtlar olub ki, Penn məhkəmə salonlarını tərk etməyib, bir istintaqın dalınca, o biri gəlib. 1985-89-cu illər ərzində Madonnayla evli olarkən Penn medianın ən sevimli personajı idi. Qəzet manşetlərində "Əri Madonnanı yenə döydü" sözləri tez-tez yazılırdı.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C5%9Eon_Penn

 

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç