Con Maykl Higgins

Con Maykl Higgins

Aktyor

BİOQRAFİYA

Con Maykl Higgins 12 fevral 1963-cü ildə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində anadan olub. Karyerası ərzində onlarla film və teleseriala çəkilib. Amerika teleməkanında daha çox “Elli Makbil”, “Boston vəkilləri” və “Ləng İnkişaf” seriallarında oynadığı rollarla tanınır. Böyük ekranlarda başlıca olaraq komediya filmlərinə ikinci plan rollara dəvət olunur (“Fırıldaqçılar: Dik və Ceyn əylənir”, “Amerikansayağı boşanma”, “Çılpaq həqiqət”, “Çox pis müəllimə” və s.). 1991-ci ildə Higgins “La Bete” Brodvey tamaşasında baş rolu ifa edib. Onun aktivində digər tamaşalarda da yer alır. 2011-ci ildə “Mehriban boşanmışlar” komediya serialında baş qəhrəman Fren Dreşerin mavi əri rolunu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B8%D0%B3%D0%B3%D0%B8%D0%BD%D1%81,_%D0%94%D0%B6%D0%BE%D0%BD_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç