Mettyu MakKonahi

Mettyu MakKonahi

Aktyor

BİOQRAFİYA
Mettyu MakKonahi 4 noyabr 1969-cu ildə Texas ştatında doğulub. Film sahəsinə gəlməzdən əvvəl bir müddət reklam sahəsində çalışıb. Daha sonra isə “Kef altında” (1993) filmində yer alıb. “Texassayağı qırğın 4” filmində o Rene Zellvegerlə birgə çəkilir. Böyük populyarlığı isə “Yan-yörədəki oğlanlar” (1995) filmindən sonra qazanır. Burada Mettyu Drü Berrimor və Vupi Qoldberqlə birgə bir səhnəni bölüşür. 1996-cı ildə çəkilmiş “Öldürmək vaxtıdır” filmində MakKonahi Sandra Bullokla birgə çalışır. Bu filmdə o vəkil obrazını canlandırmalı olur. Məhz bu filmdən sonra onun xarizması bütün Hollivudu bürüyür. Braziliyalı model Kamila Alveslə evlidir, bir qızı, iki oğlu var.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Matthew_McConaughey



FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç