Makenzi Veqa

Makenzi Veqa

Aktrisa

BİOQRAFİYA

Makenzi Ceyd Veqa 10 fevral 1994-cü ildə Los-Anceles şəhərində anadan olub. Atası Barak kolumbiyalıdır. Anası keçmiş fotomodel Cina Rüdür. Valideynləri uşaq olanda boşanıblar. Makenzinin özündən böyük iki doğma bacısı var (Aleksa Veqa (1988) və Kriziya Veqa (1990)) hər ikisi aktrisadır. Həmçinin atadan bir və anadan bir bacı-qardaşları var. Makkenzi kinoda debütünü 1999-cu ildə həyata keçirib. “Doktor Kuin- həkim qadın” serialında Mariya rolunu oynayıb. Daha sonra karyerasının ən uğurlu filmlərindən sayılan “Ailəli adam” fantastik dramına çəkilib. Filmdə Tea Leoni və Nikolas Keyc onun qəhrəmanının valideynləri rolunu oynayıb. Premyeradan bir il sonra oynadığı rola görə “Gənc aktrisa” mükafatına layiq görülüb. 2009-cu ildə “Yaxşı həyat yoldaşı” teleserialında daimi rol qazanıb. Baş qəhrəman Alisiya Florrikin qızı rolunu oynayıb. Serialın aktyor heyəti üç dəfə ABŞ kinoaktyorları Gildiyasının nominasiyasını qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B5%D0%B3%D0%B0,_%D0%9C%D0%B0%D0%BA%D0%B5%D0%BD%D0%B7%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç