Enn Rays

Enn Rays

Ssenarist, prodüser, aktrisa

BİOQRAFİYA
Enn Rays 4 oktyabr 1941-ci ildə ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard OBrayendir. Hələ altı yaşı olanda məktəbdə adını deməyə utandığından özünü Enn adlandırır və belə tanınmağa üstünlük verir. Anası ona görə qızını Hovard adllandırır ki, guya qıza oğlan adı qoyanda o daha çox uğur qazanır. Atası Hovard OBrayen poçt qulluqçusu, həmçinin heykəltəraş idi. Anası Ketrin "Key" Allen OBrayendir. Böyük bacısı Elis Bordhart məşhur yazıçıdır. Enn Raysın əsərləri qot cərəyanının inkişafına töhfə verir. Nyu-Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir. Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Enn 1961-ci ildə Sten Raysla evlənir. Onların qızı Mişel 1972-ci ildə leykemiyadan vəfat edir. 1978-ci ildə oğlu Kristofer doğulur. Romanları əsasında "Vampirlə görüş" və "Lənətlənmişlərin kraliçası" filmləri çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Anna_Rays


FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç