Florens Pyu

Florens Pyu

Aktrisa

BİOQRAFİYA

Florens Pyu 3 yanvar 1996-cı ildə İngiltərənin Oksford şəhərində anadan olub. Atası restorator, anası balet rəqqasəsidir. Böyük qardaşı aktyor və musiqiçi Tobi Sebastyandır. Valideynləri ilə birlikdə İspaniyada yaşayıb. 2007-ci ildə Viçvud məktəbinə daxil olub, 2009-cu ildə "Sent Eduard" məktəbinə daxil olub. 2014-cü ildən kinoya çəkilir. Onun iştirak etdiyi ilk kinolayihə “Eniş” filmi olub. Həmin filmdə oynadığı rol aktrisaya London kinofestivalında “Ən yaxşı Britaniya debütü” nominasiyasını qazandırıb. Daha sonra “Studiya şəhəri” adlı televiziya filmində rol alıb. Bir ildən sonra “Marçella” serialı və “Ledi Makbet” filminə çəkilib. İkinciyə görə bir sıra nüfuzlu kino mükafatlara, o cümlədən BAFTA mükafatına layiq görülüb ("İlin tapıntısı" nominasiyasında). 2017-ci ildə “Sərnişinlər” və “Ailəmin mübarizəsi” filminin çəkilişləri və səsləndirilməsində iştirak edib. 2018-ci ildə "Netflix"in istehsal etdiyi “Qanundankənar kral” tarixi dramında mərkəzi qadın rollarından birini oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Florence_Pugh

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç