Yuri Baliyev

Yuri Baliyev

Aktyor

BİOQRAFİYA
Yuri Baliyev 23 aprel 1949-cu ildə anadan olub. O, 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyorluq fakültəsini bitirib. 1975-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor işləyir. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol oynayıb. Onun yaratdığı Ayı (A.P.Çexov "Ayı"), Bernardo (L.de Veqa "Xitroumnaya vlyublennaya"), Rasputin (R.İbrahimbəyov "Petlya"), Çingizxan (M.Şaxanov "Çingizxanın sirri"), İxtiyar (N.Xəzri "Burla Xatun"), Şamrayev (A.P.Çexov "Qağayı"), Professor (N.Rəsulzadə "Nonsens") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Yuri Baliyev bundan başqa bir neçə filmdə çəkilib. "Ovsunçu", "Babək", "Tehran-43" və sair kimi filmlərdə aktyor maraqlı, yadda qalan rollar oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Yuri_Baliyev

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç