Con Hemm

Con Hemm

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA
Con Hemm 10 mart 1971-ci ildə Sent-Luisdə (Missuri ştatı, ABŞ) Debora və Deniel Hemmoinin ailəsində doğulub. Hemmin iki yaşı olanda valideynləri boşanır və o, anası Kriv Kerlə yaşayır. Səkkiz il sonra anasına xərçəng diaqnozu qoyulur. Sonra Hemm atasının yanına köçür. Ancaq Hemmin 20 yaşı olanda atası xəstələnir və bir müddət sonra vəfat edir. Həmin müddətdə müəllimləri və dostları ona valideyn əvəzi olublar. O, Con Barrozanın özəl məktəbində təhsil alırdı. Hemm özünün ilk rolunu 16 yaşında “Vinni Pux”da oynayıb. İlk vaxtlar Con öz peşəsinə o qədər də ciddi yanaşmır, sadəcə çox əyləndiyini deyirdi. 1989-cu ildə məktəbi bitirdikdən sonra Hemm Texas universitetinə daxil olur, ancaq ikinci kursda atasının ölümü ilə bağlı təhsilini yarımçıq qoyur və Missuri universitetində oxumaq üçün geri qayıdır. Missuri ştatında Şeksprin "Bir yaz gecəsində yuxu" komediyasının kastinqindən keçir və rol alır. Sonrakı rolu Leon Çolqoşun "Qatil" müziklında olur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jon_Hamm

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç