Conni Depp

Conni Depp

Aktyor, prodüser, musiqiçi

BİOQRAFİYA

Con Kristofer (Conni) Depp 9 iyun 1963-cü ildə Ouensboroda (Kentukki ştatı, ABŞ) anadan olub. 1984-cü ildən filmlərdə çəkilir. Ən məşhur rollarından biri Sərçə Cekdir ("Karib dənizinin quldurları" trilogiyası). Üç dəfə "Oskar"a namizəd olub, Tim Börtonun "Suini Todd-Fleet küçəsinin şeytan bərbəri" filmindəki obrazına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Ümimiyyətlə, Tim Börtonun filmləri Conni Deppə böyük uğur qazandırıb. 2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"nda ildə 5 milyon dollar qazanan ən bahalı aktyor kimi seçilib. Anasının 12 yaşında aldığı gitara ilə "garage rock" tərzində musiqilər ifa etməyə başlayıb. 15 yaşında rok musiqiçisi olmaq arzusu ilə məktəbi tərk edir. Eyni il anası ilə atası boşanır və bu vəziyyət ona pis təsir edir. "The Kids" adlı musiqi qrupunda ifa etməyə başlayır. Qrupun bas gitaraçısı və vokalistinin bacısı Lori Anne Allison ilə 24 dekabr 1983-cü ildə evlənib. Los-Ancelesdə həyat yoldaşının köməyi ilə Nikolas Keyclə tanış olduqdan sonra və ilk filmi olan "Qarağac küçəsində qarabasma" filmində rol almaq imkanı qazanır. 1986-cı ildə "Tağım" filmində də kiçik rollardan birini oynayıb. Conni Depp həmin ildə 7 mart 1986-cı ildə Lori Anne Allisondan boşanır. İlk evliliyindən sonra Vaynona Rayder və Keyt Moss kimi məşhurlarla görüşüb. Sevgilisi Vaynona Rayderin adını qoluna "Winona Forever" olaraq döydürən aktyor, ayrıldıqdan sonra döyməni "Sonsuza qədər şərab" ("Wino Forever") kimi dəyişdirir. 14 iyun 1998-ci ildə Vanessa Paradislə ilə ailə həyatı qurub. Cütlük 2012-ci ildə ayrıldığını elan edib. Depp, Robin Uilyamsın 1998-ci ildə "Patch Adams" filmində canlandırdığı "Xəstəxana klounu" obrazına əsasən, "Xalq düşməni" filminin premyerası üçün getdiyi Londondakı bir xəstəxanada "Karip dənizinin quldurları" filmindəki yaratdığı Kapitan Sərçə Cek kostyumunu geyinərək, Londondakı Great Ormond Street Xəstəxanasının işçilərini və xəstə uşaqları ziyarət edir və onlara yaxından qayğı göstərir. Depp, böyrək çatışmazlığından əziyyət çəkən qızı Lili-Rouz Melodinin 2007-ci ildə uğurlu müalicəsinə görə "Great Ormond Street" xəstəxanasına 1 milyon avro bağışlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Conni_Depp

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç