Yevgeni Jarikov

Yevgeni Jarikov

Aktyor

BİOQRAFİYA

Yevgeni İliç Jarikov – sovet və rusiyalı kinoaktyor olub. 1989-cu ildə RSFS xalq artisti adını alıb. 1978-ci ildə SSRİ dövlət mükafatı laureatı olub. 26 fevral 1941-ci ildə Moskvada (Rusiya) yazıçı Leonid Jarikovun ailəsində anadan olub. Altı övladlı ailənin sonbeşiyi olub. Uşaqlığı Moskvanın şəhərkənarında nənə-babasının yanında keçib. Dörd yaşından at çapmağı, onlara qulluq etməyi öyrənib. 1959-cu ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Artıq ikinci kursda oxuyanda kinoya çəkilir. 1964-cü ildə institutunu bitirərək, ADR-ə köçüb və dörd ilə yaxın “Sizin üçün rus” adlı yerli seriala çəkilib. 1966-cı ildə geri döndükdən sonra Moskvada Kinoaktyor teatr-studiyasının aktyoru olub, fəal şəkildə kino və televiziya layihələrində iştirak edib. 1970-1991-ci illərdə Kommunist partiyasının üzvü olub. Sovet ittifaqında ona şöhrəti 1970-ci illərdə ekranlarda yayımlanmış “İnqilabla doğulmuş” serialı gətirib. Serial 1920-ci illərdə sovet milisinin cinayətkarlığa qarşı mübarizəsinə həsr olunub. 18 yanvar 2012-ci ildə Moskvada xərçəng xəstəliyindən vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%96%D0%B0%D1%80%D0%B8%D0%BA%D0%BE%D0%B2,_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D0%B8%D0%B9_%D0%98%D0%BB%D1%8C%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç