Yuri Naxratov

Yuri Naxratov

Aktyor

BİOQRAFİYA

Yuri Naxratov – sovet uşaq aktyoru olub. 20 dekabr 1966-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Dörd yşaında olanda “Denisin rəvayətləri” filmində ekranlarda debüt edib. 1973-cü ildə “Açıq kitab” adlı lentdə görüntülənib. Sovet İttifaqında 1975-ci ildə ekranlara çıxan “Maşa və Vityanın Yeni il macəraları” adlı ailəvi musiqili komediyasında oynadığı Vitya rolu ilə məşhurlaşıb. Yurinin bəxti həm də onda gətirib ki, Nikolay Boyarski, Mixail Boyarski, Valentina Kosobutskaya, Georgi Ştil, Lyubov Virolaynen kimi korifey Sovet aktyorları ilə eyni çəkiliş meydançasını bölüşüb. Bu onun sonuncu filmi olub. 1974-1984-cü illərdə 84 saylı Leninqrad məktəbində oxuyub. 1990-cı ildə Leninqrad hərbi-mexaniki institutunu bitirib. Sankt-Peterburqda yaşayır, kompüter şirkətinin meneceridir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://stuki-druki.com/authors/nahratov-yuriy.php

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç