Ofeliya Vinter

Ofeliya Vinter

Aktrisa

BİOQRAFİYA

Ofeliya Vinter (20 fevral 1974, Bulon-Biyankur, Fransa) – fransız müğənni, aktrisa və teleaparıcıdır. Ofeliya Vinterin atası David Aleksandr Vinter 1970-ci illərdə tanınmış niderlandlı pop-müğənni, anası - fransız modeli olub. Qardaşı Maykl müğənni və teleaparıcıdır. İki yaşında olanda valideynləri boşanıb. O, atası ilə ABŞ-a köçüb. Yeniyetmə yaşlarında xoreoqrafiya, vokal, musiqi və aktyorluq sənəti ilə məşğul olub. 17 yaşında olanda Parisə köçüb, anası və qardaşı ilə yaşamağa başlayıb. Üç il ərzində “Şanz-Eliza” agentliyinin modeli olub. Daha sonra karyerasını müğənni və aktrisa kimi davam etdirməyə qərar verib. 2007-ci ildə Ofeliya Vinter narkotik alveri üstündə polis tərəfindən saxlanılıb (qanunsuz narkotik istifadəsi ilə bağlı ). 2001-ci ildə “Altıncı element” adlı parodiya filminə çəkilib, tərəf müqabili məşhur yumorist Lesli Nilsen olub. Həmçinin “Mənim yoldaşım - aktrisadır” komediyasına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Oph%C3%A9lie_Winter

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç