Elisan Porter

Elisan Porter

Aktrisa

BİOQRAFİYA

Elison Porter – amerikalı aktrisa və müğənnidir. Daha çox “Qıvrımsaç Syu” filmində Syu rolu ilə tanınır. 2016-cı ildə Amerikanın “Səs” mahnı şousunun 10-cu mövsümünün qalibi olub, Kristina Agileranın komandasında yer alıb. Elison Porter 20 iyun 1981-ci ildə Massaçusetsdə yəhudi ailəsində anadan olub. 3 yaşında olanda Nyu-Yorkda reklama çəkilib. Tezliklə onu “Star Search” şousuna dəvət ediblər. 5 yaşında olanda həmin proqramın ən kiçik “Ən yaxşı uşaq vokalisti” kimi tarixə düşüb. 1987-ci ildə Hollivuda köçərək, “Manhetteni fəth edirəm” mini-serialına çəkilib (Maksi roluna). 1989-cu ildə “Valideynlər” bədii filmində Teylor rolunu oynayıb. 1991-ci ildə “Qıvrımsaç Syu” ailəvi komediyasında Syu rolunu canlandırıb. 1994-cü ildə aktyorluq karyerasını dayandıraraq, valideynləri ilə Konnektikuta köçüb. Orada məktəb teatrında oynamağa başlayıb və karyerasını kinoda deyil, məhz teatr səhnəsində davam etdirəcəyini qərara alıb. 2012-2018-ci illərdə meyvə idxalçısı, keçmiş sabun operası aktyoru Brayan Otenritlə evli olub. Cütlüyün 2012-ci il təvəllüdlü Meyson Bleyz Otenrit adlı oğlu və Ariya Seyc Otenrit adlı 2014-cü il təvəllüdlü qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alisan_Porter

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç