Maykl Bin

Maykl Bin

Aktyor

BİOQRAFİYA

Maykl Bin 31 iyul 1956-cı ildə Alabama ştatında (ABŞ) anadan olub. Uşaqlığında Nebraskaya, daha sonra isə Arizonaya köçüblər. Maykl burada yerli universitetdə dram sənəti üzrə təhsil alıb. 1983-cü ildə Maykl “Terminator” filminə dəvət alır. 1984-cü ilin payızında xüsusi reklamsız prokata çıxan film gözlənilməz uğur əldə edərək 40 milyon dollar qazanc gətirir. Məhz bu filmdən sonra Maykl şöhrət qazanır. Növbəti filmlərində “bərkgedən oğlan” obrazından uzaqlaşır və tamamilə başqa xarakterli obrazlar yaradıb. “Qəzəb” filmində prokuror Uilyam Fridkin, “Dayaz qəbir” filmində müharibə veteranı və Demi Murla birlikdə çəkildiyi “Yeddinci imza” mistik filmində yaratdığı rollardan sonra məşhurluğunu itirmir. Bu isə o deməkdir ki, Maykl istedadlı və hərtərəfli aktyordur. Ceyms Kemeronun növbəti filmi “The Abyss”da aktyor yenidən “bərkgedən oğlan” obrazı yaradır və bunun ardınca “Terminator 2: Axirət günü” filmində bəzi epizodlarda görünür və bundan sonra Ceyms Kemeron və Maykl Bin başqa filmdə əməkdaşlıq etmirlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/The_Abyss

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç