Lyubov Tolkalina

Lyubov Tolkalina

Aktrisa

BİOQRAFİYA

Lyubov Nikolayevna Tolkalina - rusiyalı teatr və kino aktrisasıdır. Lyubov Tolkalina 16 fevral 1978-ci ildə  Ryazan vilayətinin Mixaylovka kəndində (Rusiya) dünyaya göz açıb. Valideynləri Ryazan vilayətinin Yermişinsk rayonunda yaşayırlar. Uşaqlığından bəri fəal şəkildə idmanla məşğul olub. Sinxron üzgüçülük üzrə Rusiya idman ustası namizədidir. Uşaq “Su teatrı”nda oynayıb. 12 yaşında olanda Hans Kristian Andersenin eyniadlı nağılı əsasında qoyulmuş “Su pərisi” tamaşasında su pərisini, Aleksandr Sergeyeviç Puşkinin “Bağçasaray fontanı” poeması əsasında qoyulmuş tamaşada Mariya rolunu oynayıb. 1995-ci ildə Moskvaya aktrisalıq üzrə ali təhsil almağa yollanıb. 1999-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. 1999-2003-cü illərdə Rusiya ordusunun Mərkəzi Akademik Teatrının aktrisası olub. “Playboy” jurnalının 2001-ci il aprel sayında “Ayın gözəlçəsi” seçilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Lyubov_Tolkalina

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç