Sergey Astaxov

Sergey Astaxov

Aktyor, ssenarist

BİOQRAFİYA

Sergey Vikontoviç Astaxov – rusiyalı teatr və kino aktyorudur. 2001-ci ildə “Çayka” teatr mükafatı laureatı olub. Sergey Vikontoviç Astaxov (əvvəlki soyadı – Kozlov) 28 may 1969-cu ildə Voronej vilayətinin Krasnıy Liman kəndində hərbçi ailəsində anadan olub. 1986-cı ildə Vanin rayonunda (Xabarovsk vilayəti) yerləşən orta məktəbi bitirib. 1993-1996-cı illərdə Voronej kamera teatrının aktyoru olub. 1999-cu ildə Voronejdən Moskvaya köçüb, soyadını daha bəlağətli səslənən anasına aid soyadına (Astaxov) dəyişib. “Et Cetera” və “Satirikon” teatrlarında çalışıb. 1989-cu ildə Voronej Dövlət İncəsənət İnstitutunda oxuyan vaxt gələcək həyat yoldaşı Natalya Komardina ilə tanış olub. Bu nikahdan uşağı olmayıb. İkinci həyat yoldaşı Viktoriya Adelfina olub. Onların 1998-ci il təvəllüdlü Mariya adlı qızı var. Cütlük 2011-ci ildə yollarını ayırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D1%81%D1%82%D0%B0%D1%85%D0%BE%D0%B2,_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B9_%D0%92%D0%B8%D0%BA%D0%BE%D0%BD%D1%82%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç