Alyona Konstantinova

Alyona Konstantinova

Aktrisa

BİOQRAFİYA

Alyona Konstantinova – rusiyalı aktrisadır. 4 oktyabr 1990-cı ildə Moskva şəhərində (Rusiya) anadan olub. Uşaq olanda iti xəstələnəndən sonra böyüyəndə baytar olacağına söz verir. Ancaq sonradan xoreoqrafiyaya sahəsində istedadı üzə çıxıb. Mütəmadi olaraq rəqslə məşğul olub, məktəb konsertlərində və tədbirlərində iştirak edib. Ancaq rəqs bacarıqlarını peşəkar səviyyəyə çatdırmaq istəməyib. 19 yaşında Sidakov məktəbində rejissorluq və aktyor sənəti kurslarını bitirib. İki il sonra həmin təhsil ocağında "Teatr və kino aktyorluğu” kursunu tamamlayıb. 2011-ci ildə Alyona kastinqlərdən uğurla keçərək, məşhur rejissor Timur Bekmambetovun “Yolkalar 2” filmində rol qazanıb. Orada polis Snegiryovun qızı rolunu oynayıb. 2015-ci ildə zaman və məkanda inanılmaz səyahətdən bəhs edən “Ayın o biri üzü” adlı fentezi saqanın ikinci mövsümündə rol alıb. Serial 2016-cı ildə "Birinci kanal"da nümayiş olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://uznayvse.ru/znamenitosti/biografiya-alena-konstantinova.html
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç