Lük Evans

Lük Evans

Aktyor

BİOQRAFİYA

Lük Evans 15 aprel 1979-cu ildə Pontipul (Uels, İngiltərə) şəhərində anadan olub. Atası Devid tikintidə işləyib, anası İvoni isə xadimə olub. Hər ikisi beynəlxalq dini təşkilat olan “Yehovanın şahidləri” cərəyanının üzvləridir. Lük 16 yaşı olanda məktəbi və “Yehovanın şahidləri” dini təşkilatını tərk edərək, vokal və aktyorluq üzrə təhsil almaq qərarı qəbul edib. Təhsil haqqını ödəmək üçün o, dükanda satıcı işləyir və tikintidə atasına kömək edirdi. “Hobbit” trilogiyasında canlandırdığı oxatan Bard rolu ilə dünya şöhrəti qazanıb. 2013-cü ildə “Forsaj 6” filminə çəkilən aktyor 2014-cü ildə “Drakula” filmində Vlad Drakula rolunu oynayıb. 2017-ci ildə “Gözəl və bədheybət” cizgi filminin remeykində Haston roluna çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Luke_Evans_(actor)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç