Hande Doğandemir

Hande Doğandemir

Aktrisa

BİOQRAFİYA

Hande Doğandemir – türkiyəli aktrisa və teleaparıcıdır. Daha çox Kanal D telekanalında yayımlanmış “Güneşi Beklerken” serialında Zeynəb Yılmaz və Türkiyənin ən populyar seriallarından sayılan “Möhtəşəm əsr: Kösem”-də Turhan-sultan rolu ilə tanınır. Hande Doğandemir 22 noyabr 1985-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub.  Hande Ankara universitetini sosiologiya ixtisası üzrə bitirib. Yuxarı kurslarda oxuyanda ERASMUS proqramı ilə Lil şəhərinə yollanıb. Hande sərbəst şəkildə fransız və ingilis dillərində danışa bilir. Diplomlu sosioloq olmasına rəğmən aktyorluq karyerasına başlayıb. İlk əvvəl türkiyəli aktyor Nihat İşlerlə Brouni şirkətinin reklam çarxına çəkilməklə diqqət çəkib. 2017-ci ildə “Möhtəşəm əsr: Kösem” serialının son mövsümünün aktyor heyətinə qoşulub. Şəxsi həyatına gəlincə uzun müddət aktyor Okan Yalabıkla münasibətlərdə olub. Sonradan yerli sarı mətbuatda onun Engin Öztürklə görüşdüyünü əks etdirən paparazi fotoları yayılıb. 2016-2018-ci illərdə Mert Fıratla görüşüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%B3%D0%B0%D0%BD%D0%B4%D0%B5%D0%BC%D0%B8%D1%80,_%D0%A5%D0%B0%D0%BD%D0%B4%D0%B5

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç