Brayan Ostin Qrin

Brayan Ostin Qrin

Aktyor

BİOQRAFİYA

Brayan Ostin Qrin – amerikalı aktyordur. Daha çox “Beverli Hillz, 90210” serialında Devid Silver rolu ilə tanınır. Həmin seriala 1990-cı ildən 2000-ci ilə qədər çəkilib. Bundan başqa “Terminator: Gələcək uğrunda savaş” serialında Derek Riz rolunu oynayıb. Ardınca “Smolvil sirrləri”də Metallo və “Məyus evdar xanımlar” serialında Kit Uotson roluna dəvət olunub. 2012-ci ildə TBS-də “Toy ansamblı” komediya serialına çəkilib. 2010-cu ildən aktrisa Meqan Foksla evlidir.  Brayan Ostin Qrin 90-cı illərin əvvəllərində Tori Spellinqlə görüşüb. Həmçinin 2000-ci illərə kimi Tiffani Tissen, Vanessa Marsillə münasibətlərdə olub. Marsill 30 mart 2002-ci ildə ondan Kassius Lic adlı oğlan uşağı dünyaya gətirib. 2004-ci ildə Qrin Meqan Foksla görüşməyə başlayıb. Bir müddətdən sonra nişanlansalar da sonradan ayrılıblar. Növbəti dəfə onlar 2010-cu ildə iyunun 1-də nişanlanıblar. 24 iyun 2010-cu ildə isə Havay adalarında yerləşən “Four Seasons” otelində ailə qurublar. 27 sentyabr 2012-ci ildə onların Noa Şennon Qrin adlı oğlu dünyaya gəlib. 13 fevral 2014-cü ildə ikinci oğlanları doğulub. 21 avqust 2015-ci ildə Meqan boşanma üçün məhkəməyə müraciət edib. Ancaq sonradan hamilə qaldığını və yenidən barışdıqlarını elan edib. 4 avqust 2016-cı ildə cütlüyün Corni River Qrin adında üçüncü oğlu olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D0%BD,_%D0%91%D1%80%D0%B0%D0%B9%D0%B0%D0%BD_%D0%9E%D1%81%D1%82%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç