Mun Çhe-von

Mun Çhe-von

Aktrisa

BİOQRAFİYA

Mun Çhe-von – cənubi koreyalı aktrisa və modeldir. 13 noyabr 1986-cı ildə Cənubi Koreyanın Teru şəhərində anadan olub. Çuqye universitetinin təsviri incəsənə bölməsini bitirib. Qərb rəssamlıq üslub və cərəyanlarını öyrənib. Bir müddətdən sonra aktrisa olmağa qərar verib və ikinci plan rollar qazanmaq üçün əlindən gələni edib. “İrəli, Skumbriya, irəli” yeniyetmə serialında 2007-ci ildə debüt edib. Böyük ekranlardan isə ilk dəfə “Bizim ingilis dili müəllimi” adlı filmdə görüntülənib. “Küləyi çəkən” serialında tam fərqli ampluada, qadına aşiq olmuş kurtizan gözəli obrazında çıxış edib. Həmin rol ikinci plan rol olsa da, aktrisa öz gözəlliyi və xarizması ilə tamaşaçıların sevgisini qazanıb. Həmin rola görə “ən yaxşı ekran cütlüyü” nominasiyasında SBS mükafatına layiq görülüb. 2010-cu ildə aktrisa “Möhtəşəm irs” və “Mənim gözəl xanımım” adlı populyar seriallarda ikinci plan rollar qazanıb. 2010-cu il aktrisanın karyerasında dönüş nöqtəsi olur. 2 ay ərzində aparılan internet səsverməsinə görə “Möhtəşəm irs” serialında oynadığı ikinci rola görə 71 294 səs toplayıb, beləcə ölkənin bir çox məşhur aktrisalarını belə geridə qoyub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://doramatv.live/list/person/moon_chae_won

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç