Məryəm Üzərli

Məryəm Üzərli

Aktrisa

BİOQRAFİYA

Məryəm Üzərli 12 avqust 1983-cü ildə Almaniyada anadan olub. “Möhtəşəm yüzil” serialındakı Xürrəm Sultan rolu ilə məşhurluq qazanmış türk əsilli Almaniya aktrisasıdır. Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı var. Almaniyada bir çox filmdə rol alıb. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırıb. Aktrisanın ana dili alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə “Möhtəşəm Yüzil” serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirib. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub. 2011-ci ildə Xürrəm Sultan rolu üçün iki dəfə Ən yaxşı qadın aktrisa və bir dəfə də Televiziya Ulduzları xüsusi mükafatına layiq görülüb. 2012-ci ildə dram sahəsində Ən yaxşı qadın aktrisa mükafatına layiq görülüb. Gənc aktrisa 2012-2013-cü illərdə Elidor Türkiyə reklamının siması olmuş və bir çox neçə Elidor reklamına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/M%C9%99ry%C9%99m_Uz%C9%99rli

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç