Lorenzo Lamas

Lorenzo Lamas

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Lorenzo Lamas  – amerikalı aktyordur. 1980-ci illərdə “Felkon Krest” (1981-1990) praym-taym sabun operasında oynadığı rol onu “Qızıl Qlobus” mükafatına namizəd edib. Lorenzo tanınmış argentinalı aktyor Fernando Lamasın və amerikalı aktrisa Arlin Dalın oğludur. Aktyorluq sənətinə Tonni Barrın filmlərinə baxmaqla sevgisi yaranıb. Kinoda debütü 1976-cı ildə baş tutub. Lamas 1979-cu ildən karate və taekovondo ilə məşğuldur, bir neçə dəfə qara kəmər alıb. Lamas bir neçə dəfə evli olub. Birinci həyat yoldaşı Viktoriya Hilbert olub, onunla nikahı 2 il davam edib. Növbəti həyat yoldaşı Mişel Smitlə 1983-cü ildə ailə qurub və cütlük 1985-ci ildə yollarını ayırıb. Bu nikahdan Ey Cey adlı oğlanları və Şeyn adlı qızları var. Növbəti həyat yoldaşı Ketlin Kinmont olub. 1989-cu ildə ailə qurub, 1993-cü ildə boşanıblar. Dördüncü həyat yoldaşı isə Şon Sand olub. Onunla 1996-cı ildə münasibətlərini rəsmiləşdiriblər. Lamas və Sandın üç qızı var: Aleksandra Linn (1997), Viktoriya (1999), İzabella Lorenzo (2001). Cütlük 2002-ci ildə yollarını ayırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%BC%D0%B0%D1%81,_%D0%9B%D0%BE%D1%80%D0%B5%D0%BD%D1%86%D0%BE

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç