Bay Lin

Bay Lin

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA

Bay Lin  - çin əsilli amerikalı aktrisadır. 10 oktyabr 1966-cı ildə Çinin Çendu şəhərində anadan olub. 14 yaşında olanda məktəb xorunda ifa edib. Gəncliyində Çin Xalq Azadlıq Ordusunun sıralarına qoşulub və artist əsgər kimi qulluq edib, əsgərləri əyləndirməklə məşğul olub. Təxris olunduqdan sonra Pekin yerli teatrında çıxış edib. Truppada olduğu müddətdə 1989-cu ildə demokratik yönümlü partiyanın etiraz aksiyalarında fəal iştirak edib. 1991-ci ildə siyasi təzyiqlərlə əlaqədar ABŞ-a mühacirət edib. Çox keçmədən Hollivudda özünə iş tapıb. İlk ingilis dilli film rolu 1994-cu ildə böyük ekranlara çıxmış  “Qarğa”  filmində oynadığı rol olub. Brendon Linin baş rola çəkildiyi filmdə mənfi obrazı canlandırıb.1999-cu ildə “Anna və Kraliça” filminin çəkilişləri üçün uzun saçlarını kökündən kəsməli olub. 1997-ci ildə “Qırmızı küncdə”  adlı mübahisəli filmdə çinli vəkil rolunu oynamaqla anti-Çin sentimentinə görə nə vaxtsa ölkəsinə qayıdışını sual altına alıb. 2008-ci ilin mart ayında Los-Anceles aeroportunda  2 batareya və bir neçə jurnal oğurladığına görə həbs olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%B9_%D0%9B%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç