Ceffri Saks

Ceffri Saks

Rejissor

BİOQRAFİYA

Ceffri Saks və ya Ceff Saks britaniyalı rejissordur. 1991-ci ildə “Yeni məmur” (The New Statesman ) serialına görə British Academy Television Awards mükafatına layiq görülüb. Mükafatlandırma mərasimində sözü gedən lent ilin ən yaxşı komediya serialı seçilib. Saks 1970-ci illərdə ayrı-ayrı serialların epizodlarını çəkməklə rejissor karyerasına başlayıb. 1980-ci illərdə “Berjerak” və “Lavcoy” kimi populyar seriallar üzərində işləyib. 1980-ci illərin sonunda ona böyük şöhrət qazandırmış “Yeni məmur” serialının yaradıcı heyətində yer alıb. Ardınca ABŞ-da bir neçə il çalışıb, “Doktor Kim” telefilminin və üçseriyalı “Killer Net” filminin rejissoru olub. 1998-ci ildə Böyük Britaniyaya geri dönüb və “Otello”nun bir növ müasir versiyasını lentə alıb. Süjetdə hadisələr orta əsrlərdə yox, müasir dövrdə cərəyan edir. Filmin ssenari müəlliflərindən biri Endrü Devis olub. Onunla növbəti il “Məxmər ayaqlar” erotik melodramının çəkilişlərində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BA%D1%81,_%D0%94%D0%B6%D0%B5%D1%84%D1%84%D1%80%D0%B8_(%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80)

 

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç