Petsi Kenzit

Petsi Kenzit

Aktrisa

BİOQRAFİYA

Patrisiya Cud Frensis Petsi Kensit (ing. Patricia Jude Francis «Patsy» Kensit) – britaniyalı aktrisa və müğənnidir. 4 mart 1968-ci ildə İngiltərənin London şəhərində Ceyms Henri Kensit və Marqaret Rouz Kensitin ailəsində anadan olub. Ceymi adında özündən böyük qardaşı var. Uşaq olanda atasının tez-tez qanunla bağlı problemləri olub, həbsxanada “yatıb”. Onun “Krey əkizləri” adlı qanqster dəstəsi ilə bağlı olduğu bildirilir. Maraqlıdır ki, Patrisiyanın qardaşının xaç atası məhz “bos əkizlərdən” biri olub. Petsinin babasının isə qarətə görə məhkumluğu olub. 1988-1991-ci illərdə Deno Donavanla evli olub. Donavana 18 yaşında olanda ərə gedib. 1992-1996-cı illərdə Cim Kerriyə ərdə olub. Onların 1993-cü il təvəllüdlü Ceyms adlı oğulları var. 1997-2000-ci illərdə Liam Qallaherlə evli olub. Onların Lennon adında oğlu var. 2009-cu ildə Ceremi Hili adlı diceyə ərə gedib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B5%D0%BD%D1%81%D0%B8%D1%82,_%D0%9F%D1%8D%D1%82%D1%81%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç