Elli Şidi

Elli Şidi

Aktrisa, prodüser

BİOQRAFİYA

Aleksandr Elizabet “Elli” Şidi – amerikalı aktrisa və yazıçıdır. Elli Şidi 13 iyun 1962-ci ildə Nyu-York şəhərində reklam meneceri Con Şidi və ədəbiyyat agenti Şarlotta Baumun ailəsində anadan olub. Atası irlandiyalı katolik, anası yəhudidir. Valideynləri 1971-ci ildə boşanıb. 13 yaşında olanda “She Was Nice to Mice” adlı uşaq kitabı yazıb. Əsər İngilis kraliçasının sarayında yaşayan siçanların hekayəsini danışır. Gəncliyində Elli müxtəlif teatr tamaşalarında iştirak edib. 1980-ci ildə Elli “Columbia Grammar & Preparatory School” özəl məktəbini bitirib. 1980-ci illərdə Şidi gitaraçı Riçi Sambroyla görüşməyə başlayıb. Özünün sonralar etdiyi etirafa görə, onunla vətəndaş nikahında olan vaxt dərman və narkotik vasitələrdən asılı vəziyyətə düşüb. Sonradan reabilitasiya kursuna yazılaraq, alüdəçiliydən qurtulub. 1992-2008-ci illərdə aktyor Devid Lensberiylə evli olub. Onların Bekett adında transgender oğlu var. 2018-ci ilin yanvar ayında Hollivudun “seks-qalmaqalı” fonunda Şidi öz Tvitter hesabında Ceyms Franko və Kristian Sleyterin, adlarının altında öz adını taq edib və beləcə ona qarşı da əxlaqsız hərəkətlərin edildiyini bildirib. Ancaq sonradan fikrini dəyişərək yazını silib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B8%D0%B4%D0%B8,_%D0%AD%D0%BB%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç