Bett Deyvis

Bett Deyvis

Aktrisa

BİOQRAFİYA

Bett Deyvis (ing. Bette Davis) amerikalı aktrisa olub. Tam adı Rut Elizabet Deyvisdir. 5 fevral 1908-ci ildə anadan olub. 1999-cu ildə Amerika kino institutu ona Hollivud tarixinin gəlib getmiş ən yaxşı aktrisalarının siyahısında ikinci yeri verib. 10 “Oskar” mükafatına namizəd olmuş ilk aktrisa hesab olunur. 1987-1989-cu illərdə kinematoqrafiyaya verdiyi töhvələrə görə mükafatlandırılıb. Fransanın Fəxri legion ordeninə, İtaliyanın Kampione-d İtaliya  mükafatına layiq görülüb. 1989-cu ildə aktrisaya ikinci dəfə xərçəng diaqnozu qoyulub. Sağaldıqdan sonra yayın axırında İspaniyaya yollanıb və orada San-Sebastyan kinofestivalının mükafatı ilə təltif olunub. Ancaq bu səfər zamanı səhhəti yenidən pisləşib. Birbaşa ABŞ-a uçmağ üçün çox zəif olduğundan, müvəqqəti Fransaya yollanıb. Ancaq orada 6 oktyabr 1989-cu ildə Neyr-sür-Sen şəhərində Amerika klinikasında vəfat edib (81 yaşında). Aktrisa Los-Ancelesin Hollivud təpələrində anasının və bacısının yanında dəfn olunub. Ölümündən sonra ona məxsus “Oskar” heykəlcikləri hərracda 207500 və 578000 dollara, Stiven Spilberq tərəfindən alınaraq Amerika Kinoakademiyasına geri qaytarılıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%B9%D0%B2%D0%B8%D1%81,_%D0%91%D0%B5%D1%82%D1%82

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç