Nikolas Britell

Nikolas Britell

Bəstəkar, prodüser, aktyor

BİOQRAFİYA

Nikolas Britell – amerikalı bəstəkar və pianoçudur. Bir çox populyar Hollivud filmlərinin saundtreklərinin müəllifi olub (“12 il köləlikdə”, “Kral”). “Emmi” mükafatı laureatıdır. İkiqat “Oskar” mükafatı nominantıdır. 17 oktyabr 1980-ci ildə Nyu-Yorkda anadan olub. Nikolas Britell Manhettendə boya-başa çatıb. Musiqiyə gəlişində bəstəkar Vangelisin müstəsna təsiri olub. Belə ki, uşaq vaxtı onun “Alovlu arabalar” filminə yazdığı musiqi parçasını dinlədikdən sonra anasından ona solfeconu öyrətməyi xahiş edib. Artıq səkkiz yaşından musiqi bəstələməyə başlayıb, 10 yaşında ilk konsertini verib. 14 yaşında Britell Culyard məktəbinə daxil olub və peşəkar pianoçu karyerası qurmağa hazırlaşıb. Hərçənd sonradan, belə belə bir karyeranın onun tənhalığına yol açacağından ehtiyat edərək, fikrindən daşınıb və Harvard universitetinin psixologiya fakültəsinə daxil olub. Nikolas Natali Portmanın “Sevgi və kölgə haqqında povest” və Qeri Rossun “Consun azad ştatı”, Barri Cenkinsin “Ay işığı” filminə musiqi yazıb. “Ay işığı”na yazdığı musiqi onu “Qızıl Qlobus” və “Oskar” mükafatlarına namizəd edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Nicholas_Britell

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç