Çarmian Karr

Çarmian Karr

Aktrisa

BİOQRAFİYA

Çarmian Karr (ing. Charmian Carr)  - tam adı Çarmion Enn Farnon – amerikalı aktrisa və müğənnidir. Daha çox “Musiqi sədaları” (1965) filmlərində oynadığı Lisel fon Trapp rolu ilə tanınır. 27 dekabr 1942-ci ildə Çikaqoda aktrisa və musiqiçi ailəsində anadan olub. İki bacısı – Şennon Farnon və Darlin Karr da aktrisa olub. 10 yaşında olanda Los-Ancelesə köçüb, orada məktəbdə oxuyanda voleybol və basketbolla maraqlanıb. 1965-ci ildə “Musiqi sədaları” müziklinin kastinqində iştirak edib və Lisel fon Trapp rolunu qazanıb. Filmin rejissoru Robert Uayz “Farnon” soyadını kino üçün uyğun olmadığını bildirib və o özünə “Karr” təxəllüsünü seçib. 1967-ci ildə aktyorluq karyerasına son qoyub və iki qızının tərbiyəsi ilə məşğul olub. Uzun müddət Ensino şəhərində interyer dizaynı studiyasını işlədib. 17 sentyabr 2016-cı ildə dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D1%80%D1%80,_%D0%A7%D0%B0%D1%80%D0%BC%D0%B8%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç