Marin Karmits

Marin Karmits

Prodüser, rejissor, aktyor, ssenarist

BİOQRAFİYA
Marin Karmits - fransız biznesmen, rejissor, aktyor, ssenarist və prodüserdir. 7 oktyabr 1938-ci ildə Rumıniyanın Buxarest şəhərində dünyaya göz açıb. Paris Film Festivalı, Münxen Kinofestivalı, San Paolo Beynəlxalq Kinofestivalı, Berlin Beynəlxalq Kinofestivalı  və digər festivalların mükafatçısı olub. 1967-ci ildə "Həddi-buluğ" (Adolescence)  filminə görə ən yaxşı sənədli film nominasiyasında "Oskar" mükafatına namizəd olub. 1995-ci ildə isə "Trois couleurs: Rouge" (1994) filminə görə ən yaxşı xarici dilli film nominasiyasında BAFTA mükafatına namizəd olub. Daha çox "Üç rəng: Mavi" (1993), "Üç rəng: Qırmızı" (1994), "Üç rəng: Ağ" (1994) və "Yolda" (On the road, 2012) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən 2014-cü ilə qədər 85 filmin prodüseri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0439767/
FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç