Devid O. Selznik

Devid O. Selznik

Prodüser

BİOQRAFİYA

Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olub. Atası səssiz kino distributoru Lüis C. Selznik idi. Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil alıb və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləyib. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrinin köməyilə "Metro-Goldwyn-Mayer" kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək "Paramount Pictures" studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Növbəti üç ildə (1933-1936) Selznik "Metro-Goldwyn-Mayer"in vitse-prezidenti olur. Prodüser kimi "İki şəhər haqqında povest", "Devid Kopperfild" və "Anna Karenina" kimi filmlərdə ixtisaslaşıb. 1936-cı ildə Selznik şəxsi "Selznic International" kino şirkətini yaradır. Eyni zamanda "United Artists" ilə də müqavilə bağlayır. Həmin dövrdə Selznik 50 000 dollara "Küləklə sovrulanlar" bestsellerini ekranlaşdırmaq hüququnu əldə edir. Növbəti üç ildə o, romanın epik ekran həlli üzərində çalışır. Film olduqca yüksək qəbul edilir və Selznikə ilk "Oskar" mükafatını qazandırır. 1939-cu ildə Selznik Britaniya rejissoru Alfred Hiçkokla uzunmüddətli müqavilə bağlayır. "Ən yaxşı film"ə görə "Oskar" mükafatı əldə etməsinə baxmayaraq, onların "Rebekka" filmi üzərində birgə işi rejissor və prodüser arasında narazılığa səbəb olmuşdu. Məsələn, onların filmin sonluğundakı "R" hərfinə görə də mübahisəsi düşmüşdü. Selznik bu hərfin külqabıdan qalxan tüstü ilə buludlarda canlanmasını istəyirdi. Hiçkok isə eyni şeyin yastıq üzərində gərəkli olduğunu israr edirdi. Beləliklə, Selznik Hiçkoku digər studiyalara "icarəyə verir" və bu pullara öz şəxsi filmlərini çəkməyə başlayır. Həmin filmlərdə baş rol bir qayda olaraq, onun gənc həyat yoldaşı Cennifer Cons tərəfindən ifa olunmalı idi. 1946-cı ildə Selznik genişmiqyaslı düşünülmüş "Günəş altında duel" vesterni ilə "Küləklə sovrulanlar"ın uğurunu təkrarlamağa çalışdı. İki il sonra isə alkoqolla bağlı kəskin problemlər onu kino sənayesindən uzaqlaşmağa məcbur edir. O, "Əlvida, silah" romanını ekranlaşdırmaq hüququnu alandan sonra 1957-ci ildə yenidən böyük kinoya qayıtmağa cəhd göstərir. Lakin əsərin kino versiyası prokatda uğursuzluğa düçar olur. Devid Selznik 63 yaşında ürək çatışmazlığından vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Devid_Selznik

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç