Tim Dikey

Tim Dikey

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Timoti Robert (Tim) Dikey (ing. Timothy Robert "Tim" DeKay) – amerikalı aktrisadır. “Ağ yaxalıq”  serialında canlandırdığı Piter Börk obrazı ilə tanınır. Tim Dikey 12 iyun 1963-cü ildə Nyu-York ştatının Lensinq şəhərində Cim və Cill Dikeyin ailəsində dünyaya gəlib. Gəncliyində yüngül atletika ilə məşğul olub, universitetin basketbol və beysbol komandalarında çıxış edib. Le-Moyn kollecində oxuyub, biznes və fəlsəfə üzrə təhsil alsa da sonradan teatr karyerası qurmağı qərara alıb. Ratqer universitetində oxuyub və təsviri incəsənət üzrə magistr dərəcəsi əldə edib. Orada oxuyanda gələcək həyat yoldaşı aktrisa Elayza Teylorla ailə qurub. Onların 2 övladı var. Timi Ceymi Dikey adlı qardaşı var. 2010-cu ildə Le-Moyn kollecinə qayıdaraq, humanitar elmlər üzrə fəxri doktor adını alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B8%D0%BA%D0%B5%D0%B9,_%D0%A2%D0%B8%D0%BC

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç