Alp Korkmaz

Alp Korkmaz

Aktyor

BİOQRAFİYA

Alp Korkmaz - türkiyəli kino və televiziya aktyorudur. 2 mart 1981-ci ildə Ankara şəhərində anadan olub. İbtidai və orta təhsilini İstanbulda alıb. Daha sonra Çanaqqalada litseydə oxuyub. Ali təhsilini ABŞ-ın Cənubi Florida Universitetində alıb və radyo və televiziya bölməsini məzunu olub. Ardınca Nyu-Yorkda aktyorluq üzrə təhsil alıb. Neighborhood Playhouse School of Theatre dram məktəbini bitirdikdən sonra 2006-cı ildə Türkiyəyə qayıdıb. Bir ay keçməmiş Türker İnanoğlu tərəfindən kəşf edilən Korkmaz “Erler Film”in istehsal etdiyi “Arka sokaklar” serialında Əli rolunu oynamaq təklifi alıb. Daha çox “Arka sokaklar” (2006-2019), “Peri Masalı” (2014), “Laz Vampir Tirakula” (2012), “Melekler ve kumarbazlar” (2009) fil və seriallarında oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən, 2019-cu ilə qədər 7 filmin çəkilişi və səsləndirilməsində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm3635880/

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç