Mersedes Kolon

Mersedes Kolon

Aktrisa

BİOQRAFİYA

Mersedes Kolon – amerikalı aktrisadır. “24 saat” serialının səkkizinci mövsümündə Kayla Hassanın köməkçisi rolu ilə yadda qalıb. Gəncliyində New York Knicks və Los Angeles Lakers kimi komandaların ponpon qızı olub. 1992-ci Sakramento universitetində komminikasiya ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Kinokaryerasına 1997-ci ildə “Family Matters” (Ailə məsələləri) serialında kiçik rolla başlayıb. Ekranlarda daha çox “Şosse 666” (2001), “Qeyri-adi ailə” (No ordinary family, 2011), “Hərbi-hüquqi xidmət” (J.A.G , 1998-1999), “Sümüklər” (Bones, 2006) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən 2019-cu ilə qədər 55-dən çox bədii film və serialın çəkilişində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://24.fandom.com/wiki/Mercedes_Colon

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç