50 Sent

50 Sent

Reper, prodüser, aktyor

BİOQRAFİYA
Körtis Cekson 6 iyul 1975-ci ildə Nyu-Yorkda (ABŞ) kasıb zənci məhəlləsində doğulub. O çox çətinliklə böyüyüb. Atasını tanımayan Körtis səkkiz yaşına qədər anasının himayəsində böyüyüb. Anası narkotik alverçisi idi və Körtisin səkkiz yaşı olanda anası narkotik probleminə görə dostu tərəfindən öldürülür. Anasının ölümündən sonra Körtis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Körtis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Körtis ilk ağır cəzasını 19 yaşında alır. Səhnə ləqəbi "50 Cent" olan Körtis əvvəlcə rep sahəsində tanınmış prodüser və "Run-DMC" qrupu və daha sonra dünyaca məşhur olan prodüser Dr.Dre tərəfindən kəşf edilir. Körtis "Columbia Records"la müqavilə imzalayır. İlk klip çəkilişindən əvvəl doqquz güllə yarası alaraq xəstəxanaya düşən Körtisin müqaviləsi bu hadisədən sonra "Columbia Records" tərəfindən təxirə salınır və "Power of the Dollar" adlı albomu satışa çıxarılmır.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/50_Cent
FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç