Qita Basra

Qita Basra

Aktrisa

BİOQRAFİYA

Qita Basra – hindistanlı aktrisadır. 13 mart 1984-cü ildə İngiltərənin Porsmut şəhərində anadan olub. Əslən pəncablıdı. Hal-hazırda Mumbay şəhərində yaşayır. Kişor Namit Kapur adına aktyorluq məktəbini bitirdikdən sonra, ona İmran Haşmi ilə birlikdə “Qəlbimi sənə verirəm” (Dil Diya Hai, 2006) filmində debüt etməy təklif olunub. Onun ikinci layihəsi məşhur “Xəyanətin bədəli” (Derailed, 2006) adlı məşhur Hollivud trillerinin Hindistan remeyki olan “Qatar: Bəzi Sərhədləri Heç Vaxt Keçmək Olmaz...” filminə baş rola çəkilib. Yenə də tərəf müqabili İmran Haşmi olub. Qita həm də kifayət qədər uğurlu modeldir. Müxtəlif reklamlara çəkilir və moda nümayişlərində iştirak edir. Onun uzun müddət məşhur kriket ulduzu Harbhadcan Sinqlə gizli eşq yaşaması barədə şayiələr dolansa da, Qita deyilənləri təkzib edir və onların sadəcə yaxın dost olduğunu bildirir. Aktrisanın özündən 10 yaş kiçik Rahul adlı qardaşı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://bollywoodtime.ru/gita-basra-geeta-basra/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç