Moris Qarrel

Moris Qarrel

Aktyor

BİOQRAFİYA

Moris Qarrel (fr. Maurice Garrel; 1923—2011) — fransalı kino və teatr aktyorudur. Moris Qarrel 24 fevral 1923-cü ildə Fransanın İzer departamentinin Sen Jerv kommunasında anadan olub. Uşaqlığı Mərakeşdə, Əl-Cədiddə keçib. Rejissor Filipp Qarrelin atasıdır. Aktyorlar Lui Qarrel və Ester Qarrelin babasıdır. 4 iyun 2011-ci ildə 88 yaşında Parisdə dünyasını dəyişib. Karyerası boyunca 100-dən artıq filmə çəkilib. La Discrète (1991) və “Kral və Kraliça” (2005) filmlərində ən yaxşı ikinci dərəcəli kişi aktyoru roluna görə iki dəfə “Sezar” mükafatına namizəd seçilib. Filmlərdə əksər rolları ikinci dərəcəli olub. Moris Qarrel televiziyada da çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Гаррель,_Морис

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç