Loren Kohen

Loren Kohen

Aktrisa

BİOQRAFİYA

Loren Koen 7 yanvar 1982-ci ildə Filadelfiyada dünyaya gəlib. Uşaqlığı və gəncliyi Nyu-Cersidə keçib. Bir müddət sonra ailəsilə birlikdə İngiltərəyə köçüb. Winchester Universitetində ingilis ədəbiyyatı üzrə təhsil alıb. Beş yaşında yəhudiliyi qəbul edib, təntənəli Bat Mitzvah mərasimi keçirilib. Dörd bacı-qardaşı və bir ögey bacısı var. Kinoda debütünü 2005-ci ildə “Kazanova” romantik dramında gerçəkləşdirib. Həmin filmdə mərkəzi qadın obrazlarından birini canlandırıb (Beatrisin bacııs). 2006-cı ildə “Şənliklərin kralı 2” filminə çəkilib. Kinofilmlərlə yanaşı, teleseriallara da aktiv şəkildə çəkilir. “Fövqəltəbii” serialının üçüncü mövsümünün bir neçə epizodunda rol alıb. Bundan başqa “Vampir gündəlikləri” serialında Rouzu oynayıb. 2011-2018-ci illərdə Amerikanın ən populyar horror-seriallarından olan “Gəzən Ölülərdə” Meggi Qrin roluna çəkilib.

Ətralfı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lauren_Cohan

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç